"Erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanun ləğv edilib

Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən  "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib.

659976

Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

Konstitusiya Məhkəməsinin qərarında: "Bu qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir" deyilir.

Qanunun Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.

Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun, yekun qərarın qəbul olunması üçün, Konstitusiya Məhkəməsinə göndərilmişdi.  

Әlaqәli Xәbәrlәr