Stoltenberqə Trampın hansı sözləri xatırladıldı?

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın beynəlxalq  qanunlara görə addım atmağı davam etdirəcəyini söyləyib.

659849
Stoltenberqə Trampın hansı sözləri xatırladıldı?

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Trampın “DEAŞ terror təşkilatı mənsubları üzərində ‘waterboarding’ işgəncə metodunun faydalı olacağı” barədəki açıqlamasına dair alyansın beynəlxalq  qanunlara görə addım atmağı davam etdirəcəyini söyləyib.

NATO-nun 29-cu üzvü olmaq üçün dəvət edilən Qaradağın (Monteneqro) başçısı Dusko Markoviç alyansın Brüsseldəki mərkəz qərargahını ziyarət edərək, baş katiblə görüş keçirib. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Markoviç Trapmın hakimiyyətə gəlməsi ilə Qaradağın üzvlüyünün bu ölkə tərəfindən təsdiqlənəcəyinə dair narahatlıqlarının olmadığını ifadə edərək deyib ki, imza mövzusundakı gərginlik bunun əleyhinə olanlar tərəfindən qızışdırılır, ancaq yaxın zamanda qətiyyətli şəkildə bunun olacağına inanırıq.

NATO Baş katibinə  Trampın “DEAŞ terror təşkilatı mənsubları üzərində ‘waterboarding’ işgəncə metodunun faydalı olacağı” barədəki açıqlaması xatırladılıb və ona sual verilib ki, bu, NATO-nun dəyərlərinə uyğudurmu yaxud da dindirilmə təxnikalarına müttəfiqlərin özlərimi qərar vərir? Baş katib sual qarşısında deyib ki, bütün NATO əməliyyatları beynəlxalq qanunlar çərçivəsindədir. Bu vəziyyət uzun illərdir həyata keçirilən əməliyyatlarda belə idi. Beynəlxalq qanunlara əməl edilməsi NATO-nun siyasətidir və belə də davam edəcək.

Qeyd edək ki, Tramp məhkumlarda boğulma hissi oyadan “waterboarding” işgəncə üsulu ilə əlaqəli bir suala verdiyi cavabda dəmişdi ki, DEAŞ terror təşkilatı mənsubları üzərində bu metod “işə yaracayaq”, “atəşə atəşlə qarşılıq verməliyik.”



Әlaqәli Xәbәrlәr