"Bəzi şeyləri etiraf edənlər düzgün danışmırlar", R. T. Ərdoğan

Dövlət başçısı deyib ki, etiraf edəcəklərini söyləyib, ortaya çıxırlar, Amma bunlar doğru danışmırlar. Bunlar insanları aldadır. Ən təhlükəli oyun elə bunun özüdür.

654288
"Bəzi şeyləri etiraf edənlər düzgün danışmırlar", R. T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Ölkəmizə, millətimizə və şəxsimə qurulan tələləri görməkdə bəzi zamanlarda güc qaldığımızı görürəm” deyərək etirafçı kimi ortaya çıxanların düzgün danışmadıqlarını bildirib.

Dövlət başçısı deyib ki, etiraf edəcəklərini söyləyib, ortaya çıxırlar, Amma bunlar doğru danışmırlar. Bunlar insanları aldadır. Ən təhlükəli oyun elə bunun özüdür.

Dövlət başçısı Cümhurbaşqanlığı iqamətgahında keçirilən Məhkəmələrdə Birlik Dərnəyinin tədbirində üzvlərə müraciət edərək vurğulayıb ki, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) məhkəməyə verilən dəstəkdən istifadə etmişdir. Türkiyənin qiyamçılarla, xuntaçılarla, hamilik mərkəzləri ilə mübarizəsi üçün məhkəməyə verdiyimiz dəstəyi bu terror təşkilatı (FETÖ/PDY) öz quldurlarına yol açmaq üçün istifadə edib. Bu durum sadəcə dövlətə məxsus iş yerlərində postların tutulmasına səbəb olmamış, həmin zamanda qiyamçılarla, xuntaçılarla, hamilik edən mərkəzlərlə apardığımız mübarizəyə də ciddi zərbə vurmuşdur.

İnsanları qərəzli fikirlərlə kateqoriyalara ayırmadıqlarını vurğulayan dövlət başçısı qeyd edib ki, dövlətinə, millətinə, hökumətinə, demokratik qanuni siyasi qurumlara hörmət edən və yaxud elə görünən hər kəsə qapıları açıq tutduq. Heç kəsə və heç bir qrupa nə məhkəməni nə də başqa qrupu qərəzli fikirlə əsla təhvil vermədik.

FETÖ/PDY-nin terror təşkilatı PKK ilə birgə işlədiyini bildirən Ərdoğan “PKK terror təşkilatı ilə bunlar ortaq fəaliyyət aparır. Hal-hazırda Polis İdarəmizdə, Silahlı Qüvvələrimizin içində də bunların üzvü olanlar var. Bunlar terror təşkilatlarının işini ciddi mənada asanlaşdırır, amma belələrinin sayı azalmaqda davam edir. Bir müddət  sonra məhv olacaqlar vəya ölkəni tərk edəcəklər.”deyə vurğulayıb.

Bir terror təşkilatının məhkəmələr üzərindəki nüfuzunun bir problemə işarə etdiyini bildirən Ərdoğan qeyd edib ki, buna görə də ölkədəki qanunvericilik, icra və məhkəmə səlahiyyətləri  arasındakı əlaqələrin demokratik bir anlayışla yenidən təyin olunması Türkiyə üçün itki dəyil, əksinə böyük bir qazancdır.



Әlaqәli Xәbәrlәr