Aya qədəm qoyan son astronavt Gene Cernan 82 yaşında vəfat etdi

Gene Cernan ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat etdi.

653198
Aya qədəm qoyan son astronavt Gene Cernan 82 yaşında vəfat etdi

NASA-dan verilən məlumatda təqüddə olan astronavt Gene Cernanın müalicə olunduğu Amerika Birləşmiş Ştatlarının  Hyuston şəhərindəki xəstəxanada vəfat etdiyi bildirildi.
 
Məlumatda:"82 yaşında da kosmosun kəşf edilməsi həvəsini itirməyən Cernan ölkə liderləri və gənclərini Ayda gəzən son adam kimi qalmamağa çağırırdı" ifadəsinə yer verilir.
 
 1934-ci il təvəllüdlü Cernan NASA-nın Apollo 17 missiyası çərçivəsində 12 dekabr 1972-ci ildə Aya qədəm basan on ikinci və sonuncu astronavtdır.
 
 Cernan Aydan ayrılmazdan əvvəl:" Gəldiyimiz kimi gedirik və ümidvaram ki, bütün bəşəriyyət üçün sülh və ümidlə geri qayıdarıq" demişdi.
 
 Övladının adının baş hərflərini Ay səthinə barmağı ilə yazan Cernanın ayaq izləri Ayda atmosferin, külək, yağış kimi ayaq izlərini siləcək amillərin olmaması səbəbindən 44 ildir ki, qalır.


Etiketlәr: #Gene Cernan , #astronavt , #ABŞ , #Ay

Әlaqәli Xәbәrlәr