Rex Tillerson: “Rusiya, Türkiyənin daimi  müttəfiqi  olabilməz”

Tillerson, Trump tərəfindən namizəd göstərildikdən sonra, Senatın Xarici əlaqələr Komitəsində etdiyi çıxışında, senatorların xarici siyasət ilə əlaqədar suallarını cavablandırıb.

649487
Rex Tillerson: “Rusiya, Türkiyənin daimi  müttəfiqi  olabilməz”

“Suriya məsələsində Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan ilə əməkdaşlığımız yenidən davam etməli, Türkiyə ABŞ-nın qədim müttəfiqidir”. Bunu ABŞ-da 20 Yanvarda prezident postunu təhvil alacaq olan Donald Trumpun dövlət katibi namizədi Rex Tillerson deyib.

Tillerson, Trump tərəfindən namizəd göstərildikdən sonra, Senatın Xarici əlaqələr Komitəsində etdiyi çıxışında, senatorların xarici siyasət ilə əlaqədar suallarını cavablandırıb.

Dövlət katibi namizədi Rex Tillerson, Suriyada yaşanan vətəndaş müharibəsindən sonra ABŞ-ın Yaxın Şərqdə "liderliyi" sona   çatdı, suala: ABŞ bölgədə təkrar söz sahibi ola bilmək üçün müttəfiqləri və dostlarıyla əməkdaşlıq etməlidir deyə cavab verib. Suriyada, Türkiyə, Rusiya, və İranın izlədiyi siyasətin önəminə təkid edən Rex Tillerson: “Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğanla əməkdaşlıq etməliyik. Türkiyə bizim NATO müttəfiqimizdir. ABŞ-ın Bölgədəki əskikliyi səbəbiylə Rusiyaya yaxınlaşdı. Ancaq Rusiyanın daimi müttəfiq olmadığını göstərməliyik. Türkiyənin gerçək müttəfiqi ABŞ-dır. Suriyada terror təşkilatı DEAŞ-a qarşı mübarizə davam etməli və Dövlət Başçısı Bəşər əsəd iqtidardan kənarlaşdırılmalı, ondan sonra kimin hakimiyyətə gələcəyinə dair qərar qəbul edilməlidir.



Әlaqәli Xәbәrlәr