ABŞ-dan Suriya etirafı

Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry ölkəsinin suriyalı əsgərlərə qarşı hücumlarının Rusiya ilə əldə etdikləri atəşkəs razılaşmasına zərər verdiyini etiraf etdi.

648572
ABŞ-dan Suriya etirafı

 ABŞ-da Peace İnstitutunda keçirilən konfransda çıxış edən Amerika Birləşmiş Ştatlarının dövlət katibi John  Kerry ölkəsinin suriyalı əsgərləri vurması səbəbindən Rusiyanın Washingtonun atəşkəs müqaviləsi çərçivəsində mötədil müxalifləri terrorçulardan ayırmaq məsələsində ciddi olmadığına inandığını söylədi.
 
 Kerry: "Atəşkəs müqaviləsi bir müddət səssizlik tətbiqini nəzərdə tuturdu. Ancaq müqavilənin 5-ci günündə 70 suriyalı hərbçini bombaladıq və ruslar bizim ciddi olmadığımıza, Əl Nusra Cəbhəsini saxladığımıza və müxalifləri terrorçulardan ayırmaq istəmədiyimizə inandılar. Daha sonra da humanitar yardım TIR-ı vuruldu və müqavilə suya düşdü" deyə danışdı.
 
 ABŞ prezidenti Barack Obamanın səlahiyyət müddəti ərzində Rusiya ilə münasibətlərdə irəliləmə olduğunu qeyd edən Kerry yaşanan gərginliyə baxmayaraq, Washingtonun Moskva ilə əhəmiyyətli məsələlərdə razılaşma zəmini yaratdığını qeyd edərək, Suriyadakı kimyəvi silahların təxliyəsi və Paris müqaviləsi kimi məsələlərdə əməkdaşlıq edildiyini xatırlatdı.
 
Qeyd edək ki, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın 17 sentyabrda Deyr əz-Zor yaxınlığında Suriya ordusu mövqelərinə "təsadüfən" etdiyi hava hücumları nəticəsində 62 əsgər ölüb, ən azı 100 nəfər də yaralanıb.
 
 ABŞ Müdafiə Nazirliyi təcavüzün "humanitar faktorlara əsaslanan bir səhvdən" qaynaqlandığını ifadə edib.



Әlaqәli Xәbәrlәr