Belarus 80 ölkə vətəndaşlarına viza rejimi tətbiqini ləğv edib

Belarus prezidenti Aleksandr Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb.

647913
Belarus 80 ölkə vətəndaşlarına viza rejimi tətbiqini ləğv edib

Belarus Xarici işlǝr nazirliyinin mǝlumatına görǝ 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilər. 

Siyahıya Avropanın 39 ölkəsi, həmçinin ABŞ, Yaponiya, Braziliya, İndoneziya, Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Çin, Livan, Namibiya və digər ölkələr daxil edilib.

Vizasız rejim Rusiyadan gələn xarici vətəndaşlara aid edilmir, belə ki iki ölkə arasındakı reyslər daxili pasport vasitəsi ilə həyata keçirilir.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.

Fərman imzalandığı gündən bir ay sonra qüvvəyə minir.

Qeyd edək ki, Belarus bir müddətdir, Rusiyadan asılılığını azaltmaq, Qərbə yaxınlaşma siyasəti izləyir.



Әlaqәli Xәbәrlәr