Barak Obama və Şinzo Abe Perl-Harborda həlak olanların xatirəsini yad ediblər

ABŞ prezidenti  Barak Obama və Yaponiyanın baş naziri Şinzo Abe  Havay adalarının Oahu adasındakı Perl-Harbor buxtasında II Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.

639123
Barak Obama və Şinzo Abe Perl-Harborda həlak olanların xatirəsini yad ediblər
abe-obama pearl harbor.JPG

ABŞ prezidenti  Barak Obama və Yaponiyanın baş naziri Şinzo Abe Havay adalarının Oahu adasındakı Perl-Harbor buxtasında  həlak olanların xatirəsini yad ediblər.

Barak Obama və Şinzo Abe Perl-Harbor buxtasında “Arizona”  gəmisinin batırıldığı yerdə ucaldılmış xatirə kompleksinin önünə əklillər düzüblər.

Qeyd edək ki, 1941-ci ilin dekabrın 7-də Yaponiya Hərbi-Hava Qüvvələrinin hücumu nəticəsində “Arizona” gəmisinin göyərtəsində olan 2400  nəfər həlak olub.  Həmin hücum ABŞ-ın II Dünya müharibəsinə qatılmasına səbəb olub.

Xatırladaq ki, 2016-cı ilin mayında Barak Obama  ABŞ-ın nüvə bombası atdığı Xirosima şəhərinə baş çəkərək qurbanların xatirəsini yad edib.  Sindzo Abenin Perl-Harbora səfərinin Yaponiya hökumətinin buna cavab addımı olduğu bildirilir.     



Әlaqәli Xәbәrlәr