Rəsmi Moskva və Vaşinqtonun nüvə imkanlara üstünlük verilməsinə dair açıqlamaları

Putin ölkəsinin nüvə imkanlarını gücləndirməyə çağırarkən, Tramp da ordunun nüvə imkanlarının genişləndirilməsinin vacibliyini dilə gətirib.

636187
Rəsmi Moskva və Vaşinqtonun nüvə imkanlara üstünlük verilməsinə dair açıqlamaları

Rusiya Federasiyası prezidenti Vladimir Putin ölkəsinin nüvə imkanlarını gücləndirməyə çağırarkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin ordusunun nüvə imkanlarının genişləndirilməsinin vacibliyini dilə gətirib.

Rusiya prezidenti Putin Moskvada Müdafiə Nazirliyinin illik dəyərləndirmə yığıncağında iştirak edib.

Nazirliyin rəsmilərindən nüvə hərbi imkanların genişləndirilməsini istəyən Putin hava müdafiə sistemlərinə üstünlük verilməsini söyləyib.

Rusiya prezidenti deyib ki, strateji nüvə gücün potensiyalını mövcud və inkişaf etdirilən bütün hava müdafiə sistemlərini zərərsizləşdirə biləcək raketlərlə gücləndirməliyik. Digər qüvvələrimizi də Rusiyaya istiqamətli hər növ hərbi təhdidi zərərsizləşdirə biləcək səviyyəyə çatdırmalıyıq.

Rusiyanın potensiyal bütün təhditlərdən daha güclü olduğunu müdafiə edən Putin bir anlığına olacaq rahatlığın belə qısa müddətdə dəyişə biləcəyi barədə xəbərdarlıq edib.  

“ABŞ-ın nüvə imkanlarını ciddi şəkildə gücləndirmək lazımdır.”

Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Tvitter” səhifəsində yazıb.  

“Dünyada nüvəyə dair fikirlər sağlamlaşanadək, ABŞ öz nüvə imkanlarını ciddi şəkildə gücləndirməli və genişləndirməlidir”, - deyə Tramp bildirib.  

Tramp bu məqsədə çatmaq üçün hansı təbirlərin görülməsinə isə aydınlıq gətirməyib.  

 Mütəxəssislər ABŞ-ın köhnəlmiş nüvə imkanlarını müasirləşdirməsi üçün gələcək 30 ildə 1 trilyon dollardan artıq büdcəyə ehtiyacının olduğunu bildirir.

ABŞ-ın 7 min 100, Rusiyanın isə 7 min 300 nüvə başlığa sahib olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr