Fransada  günəş panelləri döşənən yollar elektrik enerjisi istehsal edəcək

Fransa təmiz və ucuz enerji istehsalı üçün fəaliyyətə başladı.

636639
Fransada  günəş panelləri döşənən yollar elektrik enerjisi istehsal edəcək

 Fransada günəş panelləri döşənən yollar enerji istehsal edəcək.
 
 Elektrik istehsal edəcək ilk yol sistemi Normandiyada həyata keçirildi.
 
  Fransanın ekologiya naziri Segolene Royal 1 kilometrlik yolun açılış mərasimində iştirak etdi.
 
 Layihənin həcmi hələlik kiçik olsa da, maya dəyəri böyükdür.
 
 Bir kilometr yol 5 milyon avroya başa gəlib.
 
Maşınların keçidi zamanı panellərin qorunması üçün xüsusi örtük sistemi yaradılıb.
 
 Layihənin məqsədi istehsalçıları avtomobil nəqliyyatının az, günəşin bol olduğu yollarla əhəmiyyətli  miqdarda elektrik əldə etməkdir.
 
 Təmiz və ucuz günəş enerjisi istehsal etməyi hədəfləyən Fransada qarşıdakı 5 ildə magistral yollara min kilometrlik günəş paneli çəkmək planlaşdırılır.
 
 Enerji istehsalının maya dəyərini aşağı salmağı hədəfləyən layihə daha əvvəl Hollandiyada tətbiq olunub.
 
 
 



Әlaqәli Xәbәrlәr