Avropada DEAŞ təşvişi

Terror təşkilatı DAEŞ üzvlərini Avropada yeni il şənliklərini qana bulamağa çağırdı.

636478
Avropada DEAŞ təşvişi

Terror təşkilatı DAEŞ üzvlərini Avropada yeni il şənliklərini qana bulamağa çağırdı.
 

Təşkilatın ərəb dilində yaydığı ismarıcda terrorçulardan Kanada, Amerika Birləşmiş Ştatları,  Fransa və Hollandiyada qanlı aksiyalar keçirmələri tələb olunur.
 
DEAŞ-ın hədəfi böyük otellər, alış-veriş mərkəzləri, klublar kimi mülki vətəndaşların çox olduğu yerlərdir.
 
 Avropa ölkələri də təhlükəni dərk edirlər.
 
 Fransa Prezidenti  François Hollande ölkəsinin şiddətli terror təhdidi altında olduğunu dedi.
 
 Almaniyanın paytaxtı Berlində Milad bazarında törədilən terror aktının ertəsi günü çıxış edən Hollande:"Yüksək dərəcədə təhdid altındayıq və buna qarşı sayıqlığımız ciddi şəkildə artıb" dedi.
 
 Almaniyada bazar ertəsi günü axşam saatlarında 12 nəfərin həlak olduğu hücumdan sonra ölkə daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.
 
 Avropa İttifaqı Polis Təşkilatı - Europol ayın əvvəlindəki hesabatında terror təşkilatı DEAŞ barəsində xəbərdarlıq edir.
 
 DEAŞ-ın 2015 və 2016-cı illərdə Fransa və Belçikada həyata keçirdiyi terror hücumlarının xatırladıldığı hesabatda terror təşkilatının Aİ ərazisində yenidən terror aktları törətmə niyyətinn olması deyd olunur.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mart ayında Qərbə müraciət edərək: "Terroristin  yaxşısı- pisi olmur. Terror təşkilatları arasında fərq qoyularaq bir yerlərlə hesablaşmağa çalışırlarsa, bu bumeranq kimi dönər, o ölkələri də vurar" demişdi.
 
 



Әlaqәli Xәbәrlәr