BMT TŞ-da İsraillə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq

İsrailin işğal altında olan Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını tələb edən qətnamə layihəsi BMT TŞ-da səsverməyə çıxarılacaq.

635603
BMT TŞ-da İsraillə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq

İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal altında olan Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını tələb edən qətnamə layihəsi Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq.
 
 Diplomatik mənbələrdən alınan məlumata görə, bu gün yerli vaxtla 15.00-da  (Türkiyə vaxtı ilə 23.00) BMT TŞ-da səsverməyə  çıxarılacaq layihə mətni İsrailin yaşayış məntəqələrinin qanuni olmadığı, beynəlxalq hüququn pozulduğu, iki dövlətli həllin və ədalətli, uzunmüddətli,hərtərəfli sülhün əldə edilməsinin qarşısında böyük bir maneə təşkil etdiyi barədə fikirləri ehtiva edir.
 
 İndiyə qədər BMT TŞ-da  İsrailə yönələn tənqidlərə qarşı olan, lakin  qeyri-qanuni yaşayış məntəqələrini də tənqid edən Amerika Birləşmiş Ştatlarının prezident Barak Obamanın vəzifə müddətinin sonuna doğru hansı addımları atacağı maraq mövzusudur.



Әlaqәli Xәbәrlәr