Yakutiyada rus əsgərlərini daşıyan təyyarə qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyi IL-18 model təyyarənin təcili eniş etdiyini bildirdi.

633164
Yakutiyada rus əsgərlərini daşıyan təyyarə qəzaya uğradı

Rusiyayanın Yakutiya Respublikasında rus əsgərlərini daşıyan təyyarə qəzaya uğradı.
 
 Rusiya Müdafiə Nazirliyi IL-18 model təyyarənin təcili eniş etdiyini bildirdi.
 
 Təyyarədə olan 23 sərnişinin müalicə olunduğu, onlardan 16-nın vəziyyətinin ağır olduğu barədə məlumat verildi.
 
 Rus mətbuatı Tiksi qəsəbəsinə 30 kilometr uzaqlıqdakı eniş zolağına təcili eniş edən təyyarənin çırpılaraq üç hissəyə ayrıldığını, lakin partlayış olmadığını yazır.
 
 İlkin təxminlər görə, qəzaya pis hava şəraiti səbəb olub.



Әlaqәli Xәbәrlәr