ABŞ-ın yeni dövlət katibinin adı  açıqlandı

ABŞ-ın  seçilmiş  yeni  prezidenti   trumpın   dövlət  katibi  Reks Tillerson olacaq.

629756
ABŞ-ın yeni dövlət katibinin adı  açıqlandı

ABŞ-ın yeni prezidenti Donald Trump formalaşdıracağı yeni hökümətin üzvlərini bir-bir ictimaiyyətə açıqlayır.

“CBS”-nin   mǝlumatına   görǝ,  ABŞ yeni seçilmiş prezidenti Donald Trumpın müvafiq qərarı keçid heyət tərəfindən açıqlanıb.

Yeni təyinatın təsdiqləmə prosesinin mübahisəli olacağı gözlənilir. Belə ki, qanunvericilərin bir hissəsi Tillersonun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğu düşünür. Onlar rəsmi Moskvanın nəinki ABŞ-dakı prezident seçkilərə müdaxilə etdiyini, hətta Donald Trampı fəal şəkildə təşviq etdiyini iddia edirlər.

64 yaşlı R. Tillerson son 40 ildə “ExxonMobil” şirkətində çalışıb. Ötən əsrin 90-cı illərinin sonundan şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. O, 2006-cı ildən şirkətə rəhbərlik edir.


 



Әlaqәli Xәbәrlәr