Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin dövlәt başçısı R.T.Әrdoğana başsağlığı verib
Azərbaycan prezidenti İlham Әliyev Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilən partlayışla bağlı başsağlığı verib.
627965
Azərbaycan prezidenti İlham Әliyev İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident İlham Әliyev qeyd edib ki, bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.