ATƏT-in Xaici İşlər Nazirləri Şurasının 23-cü iclası başa çatdı

İclasda  Ukrayna böhranı, Avropanın təhlükəsizliyi, terrorla mübarizə  məsələləri  müzakirə olundu.

627596
ATƏT-in Xaici İşlər Nazirləri Şurasının 23-cü iclası başa çatdı

Almaniyanın Hamburq şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xaici İşlər Nazirləri Şurasının 23-cü iclası başa çatdı.
 
 57 ölkənin təmsil olunduğu iclasda  yekun bəyannamə qəbul olundu.
 
 İclasda  Ukrayna böhranı, Avropanın təhlükəsizliyi, terrorla mübarizə  məsələləri  müzakirə olundu.
 
 İclas çərçivəsində həyata keçirilən ikitərəfli görüşlərdə Suriyadakı hadisələr də gündəmə gəldi.
 
 Toplantıdan arzu olunan nəticə əldə olunmasa da,  Ukrayna böhranı məsələsində tərəflərin bir araya gəlməsi və dialoq yolunu açıq tutması uğur kimi qiymətləndirildi.
 
 Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier iclasdakı yekun çıxışında  Avropanın artıq davamlı sülhün hökm sürdüyü bir yer olmadığını, sülhün və təhlükəsizliyin təhlükə altında olduğunu söylədi.
 
 Dünyanın bir çox bölgəsində baş verən böhranlara baxmayaraq,  tərəflərin bir araya gəlməsinin əhəmiyyətinə diqqət çəkən Steinmeier, ATƏT-in fəaliyyətinin  genişlənməsinin zəruriliyini qeyd etdi.
 
 Steinmeier Suriyadakı vəziyyətin dözülməz olduğunu və bu məsələ ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğuladı.
 
 Fransanın paytaxtı Parisdə bu gün keçiriləcək Suriya Konfransını xatırladan Steinmeier, yeni bir atəşkəsin ancaq bu növ təşəbbüslərlə mümkün ola biləcəyini qeyd etdi.
 
 ATƏT dönəm sədrliyi 1 yanvar 2017-ci ildə  Almaniyadan Avstriyaya keçəcək.



Әlaqәli Xәbәrlәr