"Rusiyaya iqtisadi sanksiyalar davam etmǝlidir": Jens Stoltenber

NATO Xarici işlər nazirləri yığıncağı Belçikanın paytaxtı Brüsseldə keçirildi.

625963
"Rusiyaya iqtisadi sanksiyalar davam etmǝlidir":  Jens Stoltenber

Türkiyəni Xarici işlər naziri Mevlüt Çavuşoğlunun təmsil etdiyi yığıncaqda Rusiyaya iqtisadi sanksiyaların davamının vacibliyini daha bir dǝfǝ sǝslǝndirǝn NATO-nun baş katibi Jens Stoltenberg, Krımın zorakılıqla ilhaqını tanımayacaklarını ifadǝ edǝrǝk rǝsmi Moskvaya Minsk müqaviləsinə sadiq qalması haqda çağırış edib.

Beynəlxalq cəmiyyət, Rusiyaya öhdəliklərini yerinə yetirməsi üçün təzyiq etmǝlidir deyǝn Baş katib, xüsusilə Ukraynanın şərqindəki tǝhlükǝnin davam etdiyini vǝ bu sǝbǝblǝ dǝ Risiyaya iqtisadi sanksiyaların davamının əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edǝk ki, Avropa İttifaqına üzv 22 ölkǝ 2014-ci ildən bəri Rusiyaya iqtisadi sanksiya tətbiq edir.

NATO Xarici işlǝr nazirlǝri yığıncağında Türkiyǝni tǝmsil edǝn Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu, hǝmin çǝrçivǝdǝ bir araya gǝldiyi Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Frans Timmermans və Komissiyasının Humanitar Yardım və köç üzrǝ komissarı Dimitris Avrampoulosa, Türkiyənin geyri standart rǝftarları qǝbul etmiyǝcǝyini ifadǝ edǝrǝk: “Aİ, Türkiyǝni bərabər hüquqlara sahib ortaq olaraq görməlidir. İttifaqa üzv olmaq istǝyir deyǝ geyri standart siyasǝt ilǝ qarşılaşmamalıdır. Türkiyǝnin hazırda bir çox beynǝlxalq tǝşkilatın vǝ NATO-nun üzvü vǝ Avropa Şurasının yaradıcı üzvü olduğu gözdǝn yayındırılmamalıdır. Avropa Şurası ilə Aİ arasında böyük fǝrqliliklǝr yoxdur. Türkiyǝyǝ qarşı izlǝnilǝn mǝnfi siyasǝti qǝbul etmǝdiyimizi dǝfǝlǝrlǝ sǝslǝndirdik” deyǝ vurğulayıb.

Fǝtullahçı Terror Təşkilatı Paralle Dövlət İdarǝçiliyi fǝtonun 15 İyul çevriliş cəhdindǝn sonra Yunanıstana qaçan 8 çevrilişçi terroristin Türkiyǝyǝ ekstradisiya edilmǝsinǝ dair məhkəmə prosesinǝ dǝ münasibǝt bildirǝn Çavuşoğlu, “ Yunanıstana sığınan 8 hǝrbçinin Türkiyǝyǝ ekstradisiyası edilmǝsini tǝlǝb etdik. Lakin Yunanıstan mǝhkǝmǝsinin 3 fǝtoçunun qaytarılmasına dair qǝrar qəbul etməsi vǝ digər 3-ü haqqında isə fərqli qərara gǝlmǝsi mənadardır”deyib.



Әlaqәli Xәbәrlәr