ABŞ-da məscidlərə nifrət

ABŞ-ın Kaliforniya ştatındakı bəzi məscidlərə göndərilən eyni məzmunlu məktublar başqa ştatlardakı məscidlərə də göndərilib.

621107
ABŞ-da məscidlərə nifrət

ABŞ-ın Kaliforniya ştatındakı bəzi məscidlərə göndərilən eyni məzmunlu məktublar başqa ştatlardakı məscidlərə də göndərilib.

Məktublarda müsəlmanlara ölkəni tərk etməyəcəkləri təqdirdə soyqırımla qarşı-qarşıya qalacaqları bildirilib.

Polis “Şeytanın uşaqları” imzası ilə göndərilən məktublarla əlaqəli istintaq başladıb.

Polis idarəsi bunun nifrət hərəkəti olduğunu, məktubun cinayət kimi qəbul edilmədiyini, çünki müəyyən təhdid ehtiva etmədiyini irəli sürüb.

Digər tərəfdən sürəti çıxarılan məktublarda müsəlmanlara yönəldilmiş həqarətlərlə yanaşı “Donald Trump Hitlerin yəhudilərə etdiyini müsəlmanlara edəcək” ifadələri yer alıb.

Amerika İslami Əlaqələr Şurası hadisənin Federal Təhqiqat Bürosu (FBI) tərəfindən tədqiq edilməsini tələb edib. Rəsmilər isə istintaq üçün müəyyən təhdid səviyyəsinin olmadığını bildiriblər.



Әlaqәli Xәbәrlәr