Dünyada yayılan quş qripi virusu, İranda da aşkar edilib

Ötən həftə ölkədə H5N8 virusu aşkarlandığını bildirən İran, bu gün də yüz minlərlə quşun tələf edildiyini açıqlayıb.

620678
Dünyada yayılan quş qripi virusu, İranda da aşkar edilib

İran baytarlıq İdarəsinin rəhbəri Mehdi Halacın məlumatına görə Tehranın şərqindəki Melard rayonunda dörd fermada quş qripi virüsü aşkarlanıb. Bu səbəblə 513 min qanatlı heyvan tələf edilib. Virusa qarşı həyata keçirilən tədbirlər çərçivəsində baytar nəzarəti olmadan ev quşlarının bir yerdən başqa bir yerə aparılması qadağan edilib.

H5N8 virusu Yaponiyadan Avropa ölkələrinə və buradan isə bütün dünyaya yayılır.

Yay fəslinin sonunda Rusiyada aşkarlanan quş qripi, son olaraq Yaponiyada qeydə alınmışdı.

Rusiyadan Avropaya yayılan quş qripi, son bir neçə ayda Xorvatiya, Almaniya, Hollandiya, Danimarka, Avstriya, İsveçrə, Polşa, İsveç və Macarıstanda və Yaxın Şərq ölkələrindən İsraildə müşahidə olundu.

2003-2007 tarixləri arasında 167 nəfərin ölümünə səbəb olan quş qripi, Dünya Sağlamlıq Təşkilatının hesabatına görə vəhşi quşlardan yoluxur.



Әlaqәli Xәbәrlәr