ABŞ hava limanında atəş

Gündəlik təxminən 8 min sərnişinin istifadə etdiyi hava limanındakı bu hadisədən sonra polis adamları qorumaq üçün təhlükəsizlik tədbirləri görüb.

611478
ABŞ hava limanında atəş

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma əyalətinin hava limanında atəş açılması nəticəsində 1 nəfər ölüb.

  Gündəlik təxminən 8 min sərnişinin istifadə etdiyi hava limanındakı bu hadisədən sonra polis adamları qorumaq üçün təhlükəsizlik tədbirləri görüb. Aeroportun ətrafındakı bütün prospekt və yollar da gediş-gəlişə bağlanılıb.

  Səlahiyyətlilər silahla atəş edən və ölən adamla bağlı açıqlama verməyib.

  ABŞ-da bir məktəbdə də şiddət hadisəsi baş verib. Utah əyalətinin bir liseyində 5 şagird bıçaqlanıb. 16 yaşlı cinayətkar qısa zamanda tutulub. Yaralı şagirdlər isə xəstəxanaya aparılıb.



Әlaqәli Xәbәrlәr