Amerika Birləşmiş Ştatlarında islamofobiya halları çoxalır

Federal Təhqiqat Bürosu - FBI 2015-ci ildə müsəlmanlara qarşı törədilmiş cinayətlərin  əvvəlki ilə görə 67% artdığını açıqladı.

610651
Amerika Birləşmiş Ştatlarında islamofobiya halları çoxalır

  FBI 2015-ci ilə aid nifrət əsasında törədilən cinayətlərin statistikalarına aid hesabatı yaydı.
 
 Hesabatda  ABŞ-da polisə bildirilən nifrət əsasında törədilən cinayətlərin sayının 2015-ci ildə 5 min 850 olduğu qeyd edilir.
 
 Müsəlmanlara qarşı cəmi 257 nifrət əsasında törədilən cinayətin qeydiyyatdan keçdiyi bildirilən hesabatda bu rəqəmin 2014-ci ildə 154 olduğuna diqqət çəkilir.
 
 Amerika mediası seçki kampaniyaları dövründə  rəqəmin daha da böyüyə biləcəyi barədə xəbərdarlıq edib.
 
Seçki kampaniyası boyunca müsəlmanları hədəf alan ritorikaları ilə diqqət çəkən respublikaçı Donald Trumpın prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ-da yaşayan  bir çox müsəlmanın bundan təsirlənə biləcəyi barədə xəbərdarlıq edilir.
 



Әlaqәli Xәbәrlәr