Mərakeşdə BMT İqlim Dəyişikliyi Tərəflər Konfransı keçirilir

Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Tərəflər Konfransı Mərakeşdə davam edir.

609807
Mərakeşdə BMT İqlim Dəyişikliyi Tərəflər Konfransı keçirilir
fas’ta çevrecilerden gösteri.jpg

Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Tərəflər Konfransının İştirakçıları rəsmən qüvvəyə minən Paris İqlim Müqaviləsinin tətbiqinin əsaslarını müəyyənləşdirməyə çalışırlar.
 
 Konfransın işi davam etdiyi zaman  müxtəlif ölkələrdən gələn yüzlərlə ekoloq Mərakeş küçələrinə axın etdilər.
 Ekoloqlar rəsmiləri təcili olaraq tədbirlər görməyə çağırdılar.
 
 Mütəxəssislər zəhərli qazların belə sürətlə atmosferə yayılmağa davam etməsi vəziyyətində qlobal istiləşmənin zərərlərinin qarşısının alına bilınməyəcəyi barədə xəbərdarlıq edirlər.
 
 Zəhərli qaz emissiyası məsələsində ən böyük məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür.
 
 Dünyada atmosferə ən çox karbon qazı buraxan ölkələr arasında, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası və Avropa İttifaqı üzvü olan ölkərər ilk sıralarda gəlirlər.
 
 Qlobal istiləşmə, hava çirklənməsi başda olmaqla, ekologiya və iqlim problemlərinin müzakirə olunduğu və 195 ölkə nümayələrinin iştirak etdiyi konfrans cümə günü başa çatacaq.



Әlaqәli Xәbәrlәr