Jens Stoltenberg ABŞ ilə Avropa İttifaqı arasında tərəfdaşlığın vacibliyini vurğuladı

NATO-nun baş katibi Jens Stoltenbergin İngiltərənin  "The Guardian" qəzetində məqaləsi dərc olundu.

609819
Jens Stoltenberg ABŞ ilə Avropa İttifaqı arasında tərəfdaşlığın vacibliyini vurğuladı

NATO-nun baş katibi Jens Stoltenberg artan təhlükəsizlik təhdidləri qarşısında Washington ilə Avropa İttifaqı arasında tərəfdaşlığın davam etməsinin vacibliyini vurğuladı.
 
 Jens Stoltenbergin  İngiltərənin  "The Guardian" qəzetində məqaləsi dərc olundu.

 Stoltenberg məqaləsində: "Dövrümüzün ən böyük təhlükəsizlik problemləri ilə üz-üzəyik. Hazırda Avropa və Amerika Birləşmiş Ştatları arasındakı tərəfdaşlığın dəyərinin müzakirə olunması üçün uyğun zaman deyil" ifadələrini işlədir.
 
 Aİ və  Washington arasındakı tərəfdaşlığın 67 il ərzində sülh, azadlıq və rifahın mənbəyi olduğunu qeyd edən Stoltenberg: "Bu tərəfdaşlıq sayəsində Sovetlər İtifaqı çökdü və soyuq müharibə sona çatdı. Bu, Avropada inteqrasiyanı təmin edərək bu gün malik olduğumuz görünməmiş bir sülh və mövcudluq mühitini yaratdı" deyə yazır.
 
Aİ-ABŞ tərəfdaşlığının artaraq davam etməsinin vacibliyini vurğulayan  Stoltenberq:"Bu qeyri-müəyyən vaxtlarda güclü bir Amerika liderliyinə ehtiyacımız var. Avropalıların da bu yükün ədalətli payına çiyin vermələrinə ehtiyacımız var. Hamısından əhəmiyyətli olan isə, mövcud olan tərəfdaşlığın qiymətini anlamağımızdır. Fərqliliklərimizi dərinləşdirməkdənsə, bizi birləşdirən şeyləri artırmalıyıq. Yola tək davam etmək nə Avropa, nə də ABŞ üçün uyğun variant deyil" yazır.



Әlaqәli Xәbәrlәr