Hücumun məsuliyyətini “Taliban” öz üzərinə götürdü

Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən konsulluğuna bomba yerləşdirilmiş maşınla hücum edilib.

608304
Hücumun məsuliyyətini “Taliban” öz üzərinə götürdü

Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən konsulluğuna bomba yerləşdirilmiş maşınla hücum edilib.

Təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, konsulluğun giriş qapısının qabağında həyata keçirilən hücumda 3 polis əməkdaşı yaralanıb.

Hücumun məsuliyyətini “Taliban” öz üzərinə götürüb.

“Taliban” hücumun bu ay Kunduzda koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatların qisası olduğunu açıqlayıb.

Almaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında isə konsulluquğun qabağında ‘silahlı hücum” olduğu bildirilərək, hücumun necə yarandığı ilə ölü və yaralı sayı haqqında məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr