Sabah ABŞ-da prezident seçkiləri keçiriləcək

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd olan HillaryClintonun elektron poçtu ilə bağlı aparılan təhqiqat gündəmdə qalmağa davam edir.

604907
Sabah ABŞ-da  prezident seçkiləri keçiriləcək

Amerika Birləşmiş Ştatlarında  noyabrın 8-də (sabah) keçiriləcək prezident seçkilərinə  çox az  qalmasına baxmayaraq prezidentliyə namizədlərin son mübahisələri və  Demokratlar Partiyasının namizədi Hillary Clintonun elektron poçtu ilə bağlı aparılan təhqiqat gündəmdə qalmağa davam edir.
 
 Federal Təhqiqat Bürosu (FBI)  seçkiyə on gün qalmış "yeni məlumatlar var" deyərək araşdırmanı başa çatdırıb.
 
Təhqiqat Hillary Clintonun şəxsi e-poçt hesabında yeni yazışmalar olduğu səbəbilə aparılırdı.
 
 FBI prezidenti James Comey Konqresə verdiyi açıqlamada aparılan araşdırmalardan sonra Clinton ilə bağlı verilən qərarda bir dəyişiklik olmadığını, Demokratlar Partiyasının namizədinə hər hansı bir ittiham verilmədiyini bildirdi.
 
 Clinton cəbhəsi problemin həll edilməsi ilə bağlı razılığını ifadə etdi. Lakin  Respublikaçılar Partiyası vəziyyətə fərqli bir prizmadan baxır.
 
 Donald Trumpın kampaniyasının rəhbəri: "FBI-yın qərarı eyni qalıbsa, bu, Clintonun diqqətsizliyi və gizli məlumatlar haqqında yalan söyləməsi mənasina gəlir" dedi.
 
 ABŞ Nümayəndələr Palatasının sədri Paul Ryan isə, qərara baxmayaraq, Clintonu tənqid edərək:"FBI-ın əldə etdiyi son məlumatlara rəğmən Hillary Clinton ölkənin sirlərini risk altında qoymuşdur" dedi.
 
 Bu qərarın sabah keçiriləcək seçkilərdən əvvəl seçicilərin verəcəkləri səslərə necə təsir edəcəyi  maraq doğurur.



Әlaqәli Xәbәrlәr