ABŞ-da təhlükəsizlik xəbərdarlığı

Əl-Qaidənin ABŞ-da 8 noyabr prezident seçkilərində hücum təşkil edəcəyi barədə məlumatlar yayıldı.

604374
ABŞ-da təhlükəsizlik xəbərdarlığı

Amerika Birləşmiş Ştatlarında federal təhlükəsizlik rəsmiləri 3 şəhərin təhlükəsizlik orqanlarına  noyabrın 8-də keçiriləcək prezident seçkilərində Əl-Qaidə terror təşkilatı tərəfindən hücum təşkil olunacağı barədə xəbərdarlıq etdilər.
 
 ABŞ-da Pentaqon və Dünya Ticarət Mərkəzinə 11 sentyabr 2001-ci ildəki hücumların səbəbkarı kimi göstərilən Əl-Qaidənin prezident seçkilərində də hücum təşkil edəcəyi bildirildi.
 
 ABŞ-da başda NBC olmaqla, ana media Washingtonun federal kəşfiyyat rəsmilərinə əsaslanaraq, Əl-Qaidənin New York, Teksas və Virginia ştatlarında eyni zamanda hücumlar həyata keçirə biləcəyi barədə məlumatlar yaydılar.
 
 ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Daxili Təhlükəsizlik Nazirliyi sözügedən terror xəbərdarlıqlarının təsdiq edən hər hansı bir bəyanat verməyiblər.
 
 Hücum xəbərdarlığından sonra açıqlama verən New York meri  Bill de Blasio: "Bu məlumatın doğruluğunu dəyərləndiririk" dedi.
 
 Blasio bu səbəblə noyabrın 6-sı, bazar günü keçiriləcək New York Marafonuna çox sayda polisin cəb ediləcəyini bildirdi.
 
New York və New Jersey Liman Hakimiyyəti sözçüsü Steve Coleman  mövzu ilə bağlı açıqlamasında hava məkanları, körpülər və tunellərdə yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin davam etdiyini bildirdi.



Әlaqәli Xәbәrlәr