S.Şoyqu: ‘‘Silahlı qruplar bunu öz maraqları üçün istifadә edir’’

Rusyanın Müdafiә naziri Sergey Şoyqu  Suriyanın Hәlәb şәhәrindә 8 humanitar dəhlizin açıq olduğunu vә  16 gündür  bu şəhərə  zәrbәlәrin endirilmәdiyini bildirdi.

601413

 Rusiya Müdafiə Nazirliyindən verilәn mәlumata görә, S. Şoyqu  yüksək səviyyəli hərbi rəsmilərlә  keçirdiyi toplantıda   Suriyadakı müxalif qruplarla müzakirənin  mümkün olmadığını da qeyd etdi.

Suriyaya gedən Rus döyüş gəmilərinin yanacaq doldurmaq üçün bəzi Avropa limanlarına yanaşmasına icazә verilmәdiyini xatırladan S. Şoyqu  qərb ölkələrinin terrora qarşı mübarizəyə mane olduğunu müdafiə etdi.

Terrorçuların məhv edilmәsi  üçün birlikdə hərəkət edilməlidir  vә  tәrәfdaşlar bir-birinə mane olmamalıdır  deyәn  S.Şoyqu: ‘‘Silahlı qruplar da bunu öz maraqları üçün istifadə edir. Nəticə olaraq siyasi prosesin başlama ümidi və Suriya xalqının əmin-amanlıq mühitinə qovuşması qeyri-müәyyәn müddәtә  təxirə salınır" dedi.

Әlaqәli Xәbәrlәr