Әl-Hudeydeyә endirilәn zәrbәlәr nәticәsindә 60 nəfər hәlak oldu
Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyindәki koalisiya qüvvәlәrinin Әl-Hudeyde şәhәrindә Husilerin nəzarətindəki bölgәlәrә təşkil etdiyi hava hücumları nәticәsindә 60 nəfər hәlak oldu.
Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyindәki koalisiya qüvvәlәrinin Әl-Hudeyde şәhәrindә Husilerin nəzarətindəki bölgәlәrә təşkil etdiyi hava hücumları nәticәsindә 60 nəfər hәlak oldu.
Bu barәdә Hüsilәrә aid mәnbәlәr mәlumat yaydı.
Mәlumata görә, koalisiya qüvvәlәri Әl-Hudeydedәki polis mәntәqәsi vә Әz-Zeydiyye həbsxanasına zәrbәlәr endirdi.
Hücumlarda çoxu məhkum olmaqla 60 nәfәr hәlak oldu, onlarla adam da yaralandı.
Bu arada Yəmən prezidenti Abdurabbu Mәnsur Hadi Birləşmiş Millətlər Tәşkilatının Yəmən üzrә xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhmədin təqdim etdiyi sülh planını ‘‘ədalətli deyil’’ deyərək rədd etdi.
Hadi sülh planının bütün siyasi qrupların iştirakı ilə həyata keçirilən milli dialoq görüşlərində qәbul olunan qərarlara zidd olduğunu iddia etdi.
Husiler isə bəzi çatışmazlıqlara baxmayaraq planın "müzakirə üçün bir zəmin" təşkil etdiyini bildirdi.
Müxalif qruplar da sülh planını "prinsipial" baxımdan məmnuniyyətlə qarşıladıqlarını açıqladı.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.