Bu ölkə kimyəvi silahlarını məhv edəcək

Rusiya kimyəvi silahlarını 2017-ci ilin axırına qədər məhv edəcək.

598497
Bu ölkə kimyəvi silahlarını məhv edəcək

Rusiya kimyəvi silahlarını 2017-ci ilin axırına qədər məhv edəcək.

Kimyəvi Silahların Təhlükəsizliyi və Məhvi üzrə Federal İdarənin sədri Valeri Kapaşin əllərində qalan kimyəvi silahları 2017-ci ilin axırınadək məhv edəcəklərini bildirib.

Rusiya 1997-ci ildə BMT Kimyəvi Silahlar sazişinə qoşulmuş və Sovet dövrünə məxsus kimyəvi silahları məhv etməyə başlamışdı.

1990-cı illərdə 39 min 967 ton kimyəvi silaha sahib olan Rusiya keçən il bunların 90 faizini məhv edəcəyini açıqlamışdı.

Rəsmi Moskva kimyəvi silahların qalan hissəsinin isə 2018-ci ilin axırınadək məhv ediləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr