Çin rǝhbǝrliyi ABŞ-na reaksiya verib

Çin rəhbərliyi, ABŞ donanmasına mǝxsus  “Decatur” hǝrbi  gəmisinin Cənubi Çin dənizinə daxil olmağına  kǝskin reaksiya verib.

596757
Çin rǝhbǝrliyi ABŞ-na reaksiya verib

Çin Xarici İşlər Nazirliyinin   sözçüsü Lu Kang  mövzu  ilǝ  ǝlaqǝdar  suala: “Pekin rəhbərliyi, ABŞ-ın Cənubi Çin dənizində sülh və sabitliyi pozaraq Çinin suverenlik hüququ və təhlükəsizlik maraqlarını təhlükəyǝ  salması  halında  lazımlı önləyici tədbirləri  almaqda   imtina  etmǝyǝcǝk”  deyǝ cavab  verib. 

ABŞ-nın Decatur hǝrbi  gǝmisi 21 oktyabrda Cənubi Çin dənizində naviqasiya vəzifəsi icra etmişdi.

Zǝngin tǝbii  qaynaqlara sahib Cənubi Çin dənizində başda Filippin olmaqla Vyetnam, Brunei və Malayziyanın da aralarında olduğu bölgə ölkələr  ilǝ Rǝsmi  Pekin  arasında  suverenlik münaqişǝlǝri  davam  edir. 

Bölgǝ  üzərindən edilən gəmi  nǝqliyyatçılığı ilǝ dünyada  hər il təxminən 5 trilyon dollarlıq ticarət reallaşır.

 

 

 



Әlaqәli Xәbәrlәr