Rusiyada hərbi təlimlər başladı

Rusiya Federasiyası Mərkəzi Hərbi Bölgəsinə tabe olan  hərbi birliklər təlimlərə başladı.

591958
Rusiyada hərbi təlimlər başladı

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə başlanılan təlimdə 20 mindən çox əsgər döyüş hazırlığı vəziyyətinə gətirildi.
 
Təlimdə manevr, hücum və müdafiə  daxil olmaqla bütün döyüş fəaliyyətlərini icra edən əsgərlərin mənəvi hazırlıqlarının hərbi psixoloqlar tərəfindən təhlil olunduğu qeyd edilir.
 
 Beş gün davam edəcək  təlimdə zirehli birliklərin, hərbi hava qoşunlarının, S-300 və S-400 tipli raket sistemləri birliklərinin və xüsusi təyinatlı  qüvvələrin iştirak edəcəyi bildirildi.



Әlaqәli Xәbәrlәr