Metyu qasırğasında hǝyatını itirǝnlǝrin sayı 900-ǝ çatıb

Haiti, Yamayka, Kuba, Dominikan Respublikası və Bahamalar da ağır fǝsat yaranmasına və 900-dən çox adamın ölmǝsinǝ sǝbǝb olan Metyu qasırğası səbəbiylə ABŞ-da da 16 nǝfǝr hǝyatını itirib.

586080
Metyu qasırğasında hǝyatını itirǝnlǝrin sayı 900-ǝ çatıb

 Şimali Carolina qubernatoru Pat McCrorynin mǝlumatına görǝ ǝyalǝtdǝ fəlakət səbəbiylə həyatını itirənlərin sayı 7 nǝfǝrǝ çatıb. Yerli səlahiyyətlilər isə Floridada 6 və Georgiada isǝ 3 adamın öldüyünü vǝ 4 nǝfǝrin isǝ itkin düştüyünü bildiriblǝr.

Qasırğa sǝbǝbiylǝ ABŞ-da 2 milyon 200 min nǝfǝr elektriksiz qalıb. Baş verǝn sel fǝlakǝti nǝticǝsindǝ ağır fǝsad yaranıb.

BMT fǝlakǝt sǝbǝbiylǝ 350 mindən çox adamın yardıma möhtac olduğunu, Haitidə epidemiya xəstəlik tǝhlükǝsinin artdığını bildirib.

 Məlumata görǝ tǝbii fǝlakǝt sǝbǝbiylǝ 6 milyard dollarlıq maddi xǝsarǝt qeydǝ alınıb.

Qeyd edǝk ki, ABŞ-da baş verǝn Sandy qasırğası nǝticǝsindǝ 20 milyard dollarlıq vǝ Katrina qasırğası nǝticǝsindǝ isǝ 40 milyard dollarlıq zərər qeydǝ alınmışdı.



Әlaqәli Xәbәrlәr