UNİCEF: “Bir il ǝrzindǝ 75 mindǝn çox uşaq ölǝ bilǝr”

Birləşmiş Millətlər Uşaq Fondu UNİCEF, Nigeriyada Boko Haram terror tǝşkilatının fǝaliyyǝtlǝrinin davam etmǝsi sǝbǝbiylǝ bir il ǝrzindǝ 75 mindən çox uşağın aclıqdan ölə biləcəyini açıqlayıb.

581922
UNİCEF: “Bir il ǝrzindǝ 75 mindǝn çox uşaq ölǝ bilǝr”

UNİCEF, ölkənin şimalında terror hadisǝlǝri törǝdǝn və bölgəyǝ nǝzarǝti ǝlǝ keçirǝn Boko Haram terror tǝşkilatının xalqın pis vǝziyyǝtdǝ yaşamasına sǝbǝb olduğunu vǝ bunun üçün beynǝlxalq cǝmiyyǝtin tǝcili yardımına zǝrurǝt olduğunu bildirib.

Ölkǝnin şimalında xüsusilə Borno, Yobe və Adamawa şəhərlərində xalqın Boko Haramın törǝtdiyi qanlı hadisǝlǝr sǝbǝbiylǝ ev-eşiyini tǝk etmǝk məcburiyyətində qaldığını və Çad Gölü bölgəsində, insanlıq faciǝsinin yaşana bilǝcǝyini ifadǝ edǝn UNICEF, bu şəhərlərdə yaşayan vǝ 400 mini beş yaşından kiçik olmaqla dörd milyon insan üçün tǝcili qida yardımına zǝrurǝt olduğunu, bunun ancaq 739 milyon dollarla maliyyǝlǝşdirilǝ bilǝcǝyini, lakin toplanan yardımın 197 milyon dollar olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr