Sergey Lavrov: ‘‘ Rusiya Türkiyә ilә Suriyada birgә hәrәkәt edә bilәr’’

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov  Türkiyə ilə Suriyada birgә  hərəkət edə bilәcәklәrini, hәmçinin konstruktiv әmәkdaşlıq etdiklәrini  söylədi.

579445
Sergey Lavrov: ‘‘ Rusiya  Türkiyә ilә Suriyada birgә hәrәkәt edә bilәr’’

Rusiyanın Xarici İşlәr Nazirliyinin sözcüsü Maria Zaxarova  da Türkiyә ilә Suriya mәsәlәsindә әmәkdaşlığın konstruktiv  olacağına dair işarәlәr gördüklәrini, birgә fәaliyyәtin mümkün olduğunu ifadә etdi.

Rusiyanın  açıqlamalarının  Amerika Birləşmiş Ştatlarının  "Moskva ilə Suriya məsələsində danışıqları təxirə sala bilәrik" şәklindәki  çıxışından sonra  verilmәsi  diqqət çəkdi.

 ABŞ  Rusiyaya  Hәlәbdәki  hücumların dayandırılmaması tәqdirdә   görüşlәrin sona çatacağı ilә әlaqәdar xәbәrdәrlıq  etmişdi.

Rәsmi Moskva isә bu təhdid və şantaj siyasətinin qəbul edilməz olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr