Dünyanın ən qısa məsafəli beynəlxalq reysi açılır

Ən qısa məsafəli reys ilə bir istiqamətə uçuş 40 avroya başa gələcək.

577194
Dünyanın ən qısa məsafəli beynəlxalq reysi açılır

Dünyanın ən qısa məsafəli beynəlxalq uçuşu noyabr ayında İsveçrə ilə Almaniya arasında başlayacaq.

İsveçrənin St. Gallen-Altenrhein hava limanı ilə Almaniyanın Baden- Württemberg əyalətinin Friedrichshafen şəhəri arasındakı reys iki ölkə arasında olan Bodensee üzərindən həyata keçiriləcək.

Bodensee gölünün ətrafına dolanma ilə təxminən 62 kilometrə qədər uzanan məsafə təyyarə ilə 21 kilometr olacaq və səfər cəmi 8 dəqiqə davam edəcək.

"Travelbook" da verilən xəbərə görə, Avstriyanın People's Viennaline Hava Yolları tərəfindən noyabrın 2-dən etibarən başlayacaq müntəzəm reyslər 50 sərnişinlik tutumu olan təyyarə ilə həftənin iki günü həyata keçiriləcək.

Əsasən  iş adamlarının səfərlərini nəzərdə tutan müntəzəm reyslər Altenrheindən Friedrichshafenə, oradan da Kölnə qədər uzanacaq.

Altenrhein-Köln uçuşunun qiyməti 179 avro olacaq.

Dünyanın ən qısa məsafəli reysi ilə bir istiqamətə uçuş isə 40 avroya başa gələcək.

 

 



Әlaqәli Xәbәrlәr