Ümidlər yenə puça çıxdı

Beynəlxalq Suriya Dəstək Qrupu Suriyadakı atəşkəs qərarının həyata keçirilməsini müzakirə etmək məqsədi ilə Nyu-Yorkda bir araya gəlib, ancaq ümidlər yenə puça çıxıb.

575385
Ümidlər yenə puça çıxdı

Beynəlxalq Suriya Dəstək Qrupu Suriyadakı atəşkəs qərarının həyata keçirilməsini müzakirə etmək məqsədi ilə Nyu-Yorkda bir araya gəlib, ancaq ümidlər yenə puça çıxıb.

Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil etdiyi toplantıdan sonra tədbiri təşkil edən ABŞ Dövlət katibi Con Kerri Rusiya ilə müzakirələrin davam edəcəyini bildirib.

19 ölkə ilə Avropa İttifaqı və Ərəb Birliyinin təmsil edildiyi yığıncaq 4 saat davam edib.

BMT-nin Suriya işləri üzrə rəsmisi Stefan de Mistura yığıncağı uzun, ümidləri puça çıxaran və təəssüf doğuran olaraq dəyərləndirib.

Yığıncaq zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə İran Xarici  İşlər naziri Cavab Zərif qəzəblə zaldan çıxıblar.

Bir müddət sonra isə Con Kerri razılıq əldə olunmadan yığıncağın başa çatdığını açıqlayıb.

Con Kerri bildirib ki, Lavrov Əsəd rejiminin hava bombardmanını dayandıracağına dair vəd verə bilmədi.  Burada sülh üçün ciddi olduqlarını göstərmək istəyirlərsə hava qüvvəsi olan tərəfin bombardmanı dayandırması vacibdir, sadəcə bir neçə günlüyünə deyil daimi olaraq dayandırmalıdır. Bu addım atılmadan irəliləyiş təmin edilə bilməz.

Con Kerri vurğulayıb ki, Rusiya ciddi olduğunu göstərsə müxalifətin toqquşmaları şiddətləndirməməsi üçün əlimizdən gələni yerinə yetirəcəyik. Hökumət atəşkəs qərarına əməl etsə, müxalifətin də əməl etmə və Əl Nusradan özünü ayırma məcburiyyəti vardır.

ABŞ Dövlət katibi Con Kerri həll yolu tapılmayacağı təqdirdə Suriyadakı vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib və deyib ki, Rusiya ilə Suriyadakı atəşkəs qərarının hayəta keçirilə bilməsi üçün görüşlər davam edəcək.



Әlaqәli Xәbәrlәr