Mark Zuckerberg səhiyyəyə 3 milyard dollarlıq ianə edəcək

"Facebook"un İdarə Heyətinin sədri və qurucularından biri Mark Zuckerberg səhiyyəyə 3 milyard dollarlıq ianə verəcək.

574944
Mark Zuckerberg səhiyyəyə 3 milyard dollarlıq ianə edəcək

  Mark Zuckerberg həyat yoldaşı Priscilla Chan ilə Kaliforniya Universitetinin San Francisco tələbə şəhərciyində keçirdiyi mətbuat konfransında  ianəni uşaqların xərçəngdən tutmuş soyuqdəyməyə qədər, bütün xəstəliklərinin müalicəsi üçün verəcəklərini bildirdi.
 
 Xəstəliklərin müalicəsi ilə əlaqədar aparılacaq tədqiqatlar üçün dünya miqyasında ən yaxşı mühəndislərin və tibb mütəxəssislərinin bir araya gətiriləcəyini bildirən Zuckerberg kəşf edilən yeni metod və texnologiyaların inkişaf etdirilməsinin illər biyu davam edəcəyini, bu məsələdə səbrli olmanın vacibliyini qeyd etdi.
 
 Sözügedən ianə cütlüyün qurduğu "Chan Zuckerberg Initiative" adlı yardım təşkilatı tərəfindən veriləcək.
 
 Bu təşkilat başda San Franciscoda "Biohub" adlı tədqiqat mərkəzində 600 milyon dollarlıq fond yaradaraq, eyni bölgədəki Stanford, Kaliforniya Berkeley və San Francisco universitetləri ilə birgə tədqiqatlar aparacaq.
 
 Qeyd edək ki, Zuckerberg-Chan cütlüyü ötən ilin sonunda qızları Max dünyaya gəldikdən dərhal sonra "Facebook"da sahib olduqları təxminən 45 milyard dollar dəyərindəki ümumi səhmlərinin 99%-ni gələcək illərdə xeyriyyə məqsədlərinə sərf edəcəklərini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr