Avropa ittifaqının ABŞ vǝ kanada ilǝ ticarǝt ǝmǝkdaşlığından etirazlar davam edir

Avropa İttifaqının (Aİ), ABŞ və Kanada ilə müzakirə etdiyi ticarət razılaşmalarından etiraz mǝqsǝdiylǝ Belçikanın paytaxtı Brüsseldə aksiya keçirilib.

574180
Avropa ittifaqının ABŞ vǝ kanada ilǝ ticarǝt ǝmǝkdaşlığından etirazlar davam edir
brüksel protesto.jpg
brüksel protesto.jpg
brüksel protesto.jpg

Qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, kǝnd tǝsǝrrüfatçılarının çağırışına görǝ təxminən 15 min nǝfǝrin iştirakı ilǝ Avropa İttifaqı Komissiyası və Şurası binalarının yerlǝşdiyi Schuman Meydanında tǝşkil edilǝn nümayiş zamanı “Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı” ilǝ “Əhatəli İqtisadi və Ticarət Sazişinǝ" reaksiya göstǝrilib.

Qeyd edǝk ki, İqtisadi böhrandan xilas olmaq üçün sǝy edǝn Avropada, son həftələrdə bir çox şəhərdə nəhəng mitinqlǝr tǝşkil edilir.

Aksiyaçılar, ABŞ, Aİ və Kanada arasındakı ticarət razılaşmanın, demokratik olmadığı nǝzǝrindǝn müdafiǝ edirlǝr. Aİ binaları önünə Troya atı yerləşdirən aksiyaçılar, ticarət razılaşmaları əleyhdarı şüarlar sǝslǝndirirlǝr. Razılaşmanın sıravi insanlar üçün heç bir faydası olmadığını, yalnız böyük şirkətlərin xeyrinə olacağını və xalqın dolanışının daha da pislǝşǝcǝyini qeyd edirlǝr.

Aksiyaçılara görǝ razılaşma qəbul edilǝrsǝ, səhiyyə xidmətləri dǝ ödənişli olacaq.

Belçika polisi isǝ aksiyalar sǝbǝbiylǝ təhlükəsizlik tədbirlərini güclǝndirib.

 

.



Әlaqәli Xәbәrlәr