Tailandda gәminin batması nәticәsindә 15 nәfәr hәyatını itirdi

Tailandda bazar günü Ayutthaya şәhәrinә bağlı  Muang bölgәsindәki  Chao Phraya çayında müsəlmanları daşıyan gəminin batması nəticəsində 15 nəfər öldü, 46 nәfәr dә yaralı olaraq  xilas  edildi.

572815
Tailandda gәminin batması nәticәsindә 15 nәfәr hәyatını itirdi

Yaralılardan 10-nun  vәziyyәtinin ağır olduğu bildirilir.

Hadisәdәn sonra  itkin düşәn  10 nәfәrin tapılması üçün  xilasedici әmәliyyat başladıldı.

İtkin düşәnlәr arasında gәminin kapitanı da olub.

Qeyd edәk ki, gәminin 50 sәrnişin tutumuna mәlik olduğu halda 150 nәfәr daşıdığı qeyd edilir.

Qәzanın  gәminin başqa bir gәmi ilә toqquşmaması üçün betona  çırpılması nәticәsindә baş verdiyi  güman edilir.



Әlaqәli Xәbәrlәr