DEAŞ-ın qondarma informasiya naziri "Doktor Vail"in öldürüldüyü açıqlandı

Pentaqonun sözçüsü Peter Cook verdiyi yazılı açıqlamada "Doktor Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayadın sentyabrın 7-də Suriyanın Rakka şəhərinə olan hücumda öldüyü barədə məlumat verdi.

571775
DEAŞ-ın qondarma informasiya naziri "Doktor Vail"in öldürüldüyü açıqlandı

Amerika Birləşmiş Ştatları  Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı DEAŞ-ın qondarma informasiya naziri "Doktor Vail"in öldürüldüyünü açıqladı.
 
 Pentaqonun sözçüsü Peter Cook verdiyi yazılı açıqlamada "Doktor Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayadın sentyabrın 7-də Suriyanın Rakka şəhərinə olan hücumda öldüyü barədə məlumat verdi.
 
Cook Vailin terror təşkilatının "informasiya naziri" və DEAŞ-ın ali şurasının üzvlərindən biri olduğunu bildirdi və: "Vail  DEAŞ-ın işgəncə və edamlarını göstərən terror təbliğatı materiallarının hazırlanmasına rəhbərlik edirdi"  İfadəsini işlətdi.
 
 Vailin keçən həftə öldüyü təsdiq edilən DEAŞ sözçüsü Məhəmməd Əl Adnani ilə yaxın əlaqədə olduğunu qeyd edən Cook, DEAŞ-ın məhv edilməsi üçün ABŞ-ın tərəfdaşları ilə  əməkdaşlığı davam etdirəcəyini bildirdi.
 
 Qeyd edək ki, Adnanın avqustun 30-da Suriyanın şimalındakı hücumda öldüyü Pentaqon tərəfindən üç gün əvvəl təsdiq edilmişdi.



Әlaqәli Xәbәrlәr