ABŞ Ankaranın atdığı addımlara dəstəyini bildirib

ABŞ “Fərat qalxanı” əməliyyatı çərçivəsində Ankaranın atdığı addımlara dəstəyini dilə gətirib.

568070
ABŞ Ankaranın atdığı addımlara dəstəyini bildirib

ABŞ “Fərat qalxanı” əməliyyatı çərçivəsində Ankaranın atdığı addımlara dəstəyini dilə gətirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner ənənəvi mətbuat konfransında Türkiyənin Suriyadakı “Fərat qalxanı” əməliyyatı çərçivəsində atdığı addımlar və siyasi keçid prosesi ilə əlaqəli suallara cavab verib. Toner vurğulayıb ki, ABŞ “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyənin atdığı addımları dəstəkləyir. Türkiyənin öz sərhədləri daxilində təhlükəsiz şəkildə yaşaması üçün başlatdığı əməliyyata verilən dəstək davam edir.

Mark Toner Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Suriyadakı keçid prosesində Əsədin hakimiyyətdə qaldığı bir vəziyyəti qəbul etməyəcəkləri” barədəki açıqlamasının sual edilməsi qarşısında deyib ki, ABŞ Bəşər Əsədi qanuni bir lider olaraq görmür. Suriyanın gələcəyi haqqında qərarı suriyalılar verəcəkdir. Buna görə də Cenevrədəki müzakirə prosesi əhəmiyyətlidir və tərəflər arasındakı görüşlərdə siyasi keçid prosesinə dair mövzuların müzakirə edilməsi gözləyirik.



Әlaqәli Xәbәrlәr