Rus qırıcısı Qara dəniz üzərində ABŞ hərbi kəşfiyyat təyyarəsinə xəbərdarlıq etdi

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Qara dəniz üzərində Rusiya qırıcısının ABŞ-a aid bir hərbi kəşfiyyat və müşahidə təyyarəsinə xəbərdarlıq etdiyini bildirdi.

567296
Rus qırıcısı Qara dəniz üzərində ABŞ hərbi kəşfiyyat təyyarəsinə xəbərdarlıq etdi

 ABŞ Müdafiə Nazirliyinin sözçüsü kapitan Jeff Davis Anadolu Xəbər Agentliyinin müxbirinin sualına cavab olaraq, Rusiyaya aid Su-27 tipli qırıcının Qara dəniz üzərində beynəlxalq hava məkanında ABŞ Donanmasına aid P-8A Poseidon tipli hərbi təyyarəyə bu gün "yaxın məsafədə və təhlükəli şəkildə" xəbərdarlıq etdiyini bildirdi.
 
 ABŞ təyyarəsinin adi əməliyyatlar üçün Qara dəniz üzərində uçduğunu ifadə edən Davis, xəbərdarlığın 19 dəqiqə davam etdiyini qeyd etdi.
 
 Davis ABŞ Donanması təyyarələri və gəmilərinin  Rusiyaya məxsus hərbi vasitələrlə  bir çox dəfə qarşılaşdığını və bunların "təhlükəsiz və peşəkar" şəkildə olduğunu qeyd edərək: "Lakin bu növ təhlükəli manevrlər narahat olmamıza səbəb olur. Bu hərəkətlər lazımsız yerə gərginliyi yüksəltmə potensialı daşıyır və yanlış dəyərləndirmələr və ya qəzalarla nəticələnir" dedi.
 
 ABŞ müdafiə naziri Ashton Carterin İngiltərə səfəri zamanı jurnalistlərə müsahibə verən Müdafiə Nazirliyi rəsmisi Rus təyyarəsinin Amerika təyyarəsinə əvvəlcə təxminən 10 metr  yaxınlaşdığını və  bir müddət bu məsafənin 3 metrə qədər düşdüyünü bildirdi.



Әlaqәli Xәbәrlәr