Poroşenko: "Krım Ukraynanındır, Ukraynaya aiddir və Ukraynanın olacaq"

Ukrayna prezidenti Pyotr Poroşenko Krım məsələsinin 1954 və 1991-cü  illərdə  bağlandığını dedi.

566290
Poroşenko: "Krım Ukraynanındır, Ukraynaya aiddir və Ukraynanın olacaq"

 Ukrayna parlamentinin yeni sessiyasının açılışı münasibətilə Baş Assambleyada çıxış edən Pyotr Poroşenko:"Krım  Ukraynanındır, Ukraynaya aiddir və Ukraynanın olacaq" dedi.
 
 Donbasta rus və separatçı birliklərin 38 min 500 nəfərdən ibarət olduğunu və birliyin 600-dən çox tankı, 1250 zirehli maşını, 750 artilleriya sistemi və təxminən 300 minaatanı olduğunu bildirən Poroşenko, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin vacib olduğunu qeyd etdi.
 
 Poroşenko: "Əhəmiyyətli olan beynəlxalq koalisiyanın Ukraynaya dəstəyini gücləndirmək, Ukraynanın ərazi bütövlüyünü bərpa edənə qədər Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin qarşısını almaqdır" dedi.
 
 Ukraynanın 1991-ci ildəki sərhədləri daxilindəki ərazi bütövlüyü uğrunda mübarizənin davam edəcəyinə diqqət çəkən Poroşenko, Rusiya prezidenti Vladimir Putinin keçən həftə Krım məsələsinin bağlandığına dair sözlərinə də cavab verdi.
 
 Poroşenko: "Putinin açıqlamasına görə, Krım məsələsi sanki bağlanıb. Bu məsələ əslində, 1954 və 1991-ci illərdə bağlanıb. Krım Ukraynanındır, Ukraynaya aiddir  və Ukraynanın olacaq. Başqa sözlərə ehtiyac yoxdur" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr