Kabildə terror aktı törədildi

Əfqanıstanın paytaxtı Kabildə ard-arda terror aktları törədildi.

566362
Kabildə terror aktı törədildi

Əfqanıstanın paytaxtı Kabildə Beynəlxalq Humanitar Yardım Fondunun ofisinə təşkil edilən hücumda bir nəfər öldü, 6 nəfər yaralandı.

Ofisdə olan 31 nəfər isə 10 saat davam edən əməliyyat nəticəsində xilas edildilər, təcavüzkarlar zərərsizləşdirildilər.

Bölgəyə giriş və çıxış bağlanıldı.

İndiyədək heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Dünən Əfqanıstan Müdafiə Nazirliyinin binası yaxınlığında  təşkil edilən iki ayrı canlı bomba hücumunda isə ölənlərin sayı  41-ə yüksəldi.

Ölənlərin arasında bir general də var.

Talibanın üzərinə götürdüyü hücumlarda 103 insan da yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğundan, ölü sayının artacağı düşünülür.



Әlaqәli Xәbәrlәr