Putin gələcək Rusiya liderinin tərifini verdi:"Gənc, amma təcrübəli olmalıdır"

G20 sammitində iştirak etmək üçün Çin Xalq Respublikasında səfərdə olan Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə dair sualları cavablandırdı.

565665

 Vladimir Putin özünün namizədliyi barədə danışmaq  üçün çox erkən olduğunu bildirdi, ondan sonra gələcək Rusiya liderinin də tərifini verdi: "Gənc, amma təcrübəli olmalıdır".
 
 Putin hazırkı prioritetlərinin Rusiyada bu ay həyata keçiriləcək ümumi seçkilər olduğunu bildirərərək:"Bundan sonra isə qarşıda 2 il var" dedi.
 
 Bu səbəblə 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı barədə danışmağın tez olduğunu deyən Putin, hələ bu barədə bir qərar vermədiyini söylədi.
 
Әlaqәli Xәbәrlәr