Fransanın paytaxtı Parisdə bir qrup çinli nümayiş keçirib

Fransanın paytaxtı Parisdə yaşayan bir qrup çinli irqçilik və xarici düşmənçiliyi əleyhinə yürüş təşkil edib.

565347
Fransanın paytaxtı Parisdə bir qrup çinli nümayiş keçirib
paris, çinlilerin, protestosu.jpg

Fransanın paytaxtı Parisdə yaşayan bir qrup çinli irqçilik və xarici düşmənçiliyi əleyhinə yürüş təşkil edib.

Keçən ay şəhərin kənar məhəllələrindən birində 49 yaşındakı bir çinli öldürülmüşdü. Çinlilər bu hadisədən sonra yenidən gündəmə gələn irqçilik və xarici düşmənciliyinə etirazlarını bildirmək üçün Parisdəki Republique meydanında bir araya gələn gəliblər.

Nümayişçilər üstlərinə “Hərkəs üçün təhlükəsizlik” yazan köynək geyinərək ölkədə xaricilərin məruz qaldıqları irqçiliyə etirazlarını dilə gətiriblər və rəsmilərdən tədbir görmələrini istəyən şüurlar səsləndiriblər.

Xatırladaq ki, 49 yaşındakı çinli Zanq Chaolin keçən ay naməlum şəxslərin hücumuna məruz qalaraq öldürülmüşdü.

Onun ölümü xüsusilə kənar məhəllələrdə yaşayan xaricilərin təhlükəsizlik problemini yenidən gündəmə gətirib.



Әlaqәli Xәbәrlәr