ABŞ Hermine qasırğasının tǝsiri altında

ABŞ-in Florida əyalətində başlayan və ölkənin şərq sahillərində təsirli olması gözlənilən Hermine qasırğası  ölkǝnin  bir  çox rayonunda hǝyatı  ifliç edib.  sǝbǝb olub.

563803
ABŞ Hermine qasırğasının tǝsiri altında

Qasırğa nǝticǝsindǝ yüz minlərlə adam elektriksiz qalıb. Florida valisi Rick Scott 51 rayonda fövqəladə hal rejimi elan edib. 20 rayonda isǝ məktəblər tətil edilib.

Qasırğa səbəbiylə mətbuat konfransı tǝşkil edǝn Scott, Floridalılardan tǝbii fǝlakǝt qarşısında tǝdbirli olmalarını istǝyib.

Xüsusilə su səviyyəsinin aşağı olduğu bəzi rayonlardan xalqın evakuasiya edilmǝsini mǝslǝhǝt görǝn Səlahiyyətlilər, bölgəyə 30 min qum torbasının göndərildiyini və 6 min əsgərin xilasetmə işləri üçün hazırda gözlədiyini qeyd ediblǝr.

Apalachıcola, Tallahassee və St. Peterburqda küləyin sürəti 140 kilometrə çatıb.

Ölkənin şərqində təsirli olacağı proqnozlaşdırılan qasırğanın, New Jerseyə çatdığında tropik fırtınaya çevrilməsi gözlənilir.

Hermine qasırğasının, 2005-ci il Floridada təsirli olan və bölgədə böyük zərərə gǝtirib çıxaran Wilma qasırğasından sonrakı ən tǝhlükǝli tǝbii fǝlakǝt olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr