BMT Yəməndə davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb

Hesabatda qarşıdurmalar nəticəsində 10 mindən çox insanın həlak olduğu bildirilir.

562154
BMT Yəməndə davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb.

Hesabatda qarşıdurmalar nəticəsində 10 mindən çox insanın həlak olduğu bildirilir.

Hesabatda qeyd edilir ki, 18 aydır ölkədə Husi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında davam edən vətəndaş müharibəsi  nəticəsində indiyədək həlak olan insan sayı 10 mindən çoxdur. Vətəndaş müharibəsi hələ də davam edir.



Әlaqәli Xәbәrlәr