Angela Merkel Brexit qərarından sonrakı Avropanı dəyərləndirdi

Estoniyanın paytaxtı Tallinə rəsmi səfər edən  Almaniya kansleri mətbuata açıqlamalar verdi.

558703
Angela Merkel  Brexit qərarından sonrakı Avropanı dəyərləndirdi

Almaniya kansleri Angela Merkel Avropa İttifaqından ayrılma qərarı (Brexit) verən İngiltərəyə Aİ ilə gələcək əlaqələrini necə quracağını dəqiqləşdirməsi üçün vaxt verəcəklərini söylədi.
 
 Estoniyanın paytaxtı Tallinə rəsmi səfər edən  Merkel Estoniyanın baş naziri Taavi Röivas ilə görüşdükdən sonra mətbuata açıqlamalar verdi.
 
 Avropa İttifaqından ayrılmağa qərar verən İngiltərənin indiki vəziyyətini dəyətləndirən kansler digər Aİ üzvlərinin İngiltərə ilə gələcək münasibətlərinin tərzi ilə bağlı fikirlərini formalaşdırmaları üçün ilk növbədə, bu ölkənin ayrılma prosesini rəsmən başlaması lazım olduğunu söylədi.
 
 Merkel Aİ-nin keçdiyi prosesi də "Yerdə qalan

27 Aİ üzvü arasında yeni bir tarazlıq yaratmaq üçün bir-birimizi dinləmə, anlama və bir-birimizdən öyrənmə mərhələsindəyik". sözləri ilə səciyyələndirdi.
 
 İtaliyada baş verən zəlzələ ilə əlaqədar kədərini ifadə edən Merkel Almaniyanın hər növ  yardıma hazır olduğunu dilə gətirdi.
 
 Estoniyanın baş baziri Röivas da Almaniyanın Avropada oynadığı rolun əhəmiyyətinə diqqəti çəkərək: "Estoniya  Avropa problemlərinin həllində Almaniyanın qərarlarını dəstəkləyir. Bizə Almaniyaya bənzəyən bir Avropa lazımdır. Avropa, azad və səhədsiz qalmalıdır" dedi.



Әlaqәli Xәbәrlәr