“Gülənlə bağlı bundan artıq məlumat verə bilməyəcəyəm”, M.Toner

Amerika Birləşmiş Ştatları Dövlət Katibliyi Türkiyənin Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin qaytarmasıyla bağlı məsələyə münasibət bildirib

557953
“Gülənlə bağlı bundan artıq məlumat verə bilməyəcəyəm”, M.Toner

  ABŞ Dövlət Katibliyinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Fətullah Gülənin qaytarılmasıyla bağlı sualları cavablandıraraq deyib: “Türkiyə ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin geri verilməsini tələb edib. Hal-hazırki mərhələdə qaytarılma ilə bağlı sənəd və materiallar qiymətləndirilir, sözü gedən tələbin 15 iyul Türkiyə çevriliş cəhdilə əlaqədar olub-olmadığı araşdırılır. Bu barədə hələlik bundan artıq məlumat verə bilməyəcəyəm”.



Әlaqәli Xәbәrlәr